İlk finalçı məlum oldu! Çempionlar Liqası

Bu gecə Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, yarımfinalın cavab matçları çərçivəsində "Arsenal" Londonda "Atletiko"nu qəbul edib. Maraqla gözlənilən görüşdə İngiltərə təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə yekunlaşıb.

Beləliklə, "Arsenal" "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib və Çempionlar Liqasının finalına yüksəlib.

Komanda Avropanın əsas klub turnirinin finalında "Bavariya" - PSJ cütünün üstün tərəfi ilə qarşılaşacaq.

5 may

23:00. "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:0

Qol: Saka, 45

İlk oyun - 1:1

6 may

23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa)

İlk oyun - 4:5





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right