"Hələ də inanılmaz enerji hiss edirəm və həftəsonu belə işə məmnuniyyətlə gəlirəm"

Pep Qvardiola “Mançester Siti"nin səviyyəsindən təsirləndiyini bildirib.

Newsport.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi öz açıqlamasında maraqlı faktlara toxunub:

“Əgər burada möhtəşəm mühit olmasaydı, qazandığımız bütün bu böyük titullara baxmayaraq, mən 10 il burada işləməzdim. Mən hələ də inanılmaz enerji hiss edirəm və həftəsonu belə işə məmnuniyyətlə gəlirəm.

İlkay Gündoğanın "Barselona"dan bizə qayıdıb "Mançester Siti" top səviyyədir" deməsi xoşuma gəldi. Əgər belə deyirsə, deməli, biz düzgün yoldayıq.

Məhz buna görə biz ardıcıl olaraq Çempionlar Liqasında çıxış edirik, artıq 12, 13, 14 ildir. Buna görə də daim titul uğrunda mübarizə aparırıq, çünki klub taktika, sistem, futbolçular və məşqçilər baxımından sabitdir. Bu, insanların özünü rahat hiss etdiyi bir balon kimidir."





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right