Kazemiro MLS klubu ilə danışıq aparır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro MLS klubu “İnter Mayami”nin əsas transfer hədəfi olaraq qalır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu yay “qırmızı şeytanlar”dan azad agent kimi ayrılacaq. “İnter Mayami” yarımmüdafiəçi ilə müqavilə imzalamaq üçün danışıqları davam etdirir. Kazemironun karyerası üçün başqa variantları da var, lakin o, mart ayından bəri danışıqlar apardığı Florida klubuna üstünlük verir.

34 yaşlı futbolçu 2022-ci ildən “Mançester Yunayted”də oynayır. O, bu mövsüm İngiltərə klubunun heyətində bütün yarışlarda 33 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right