"Qalatasaray" "Fənərbaxça"nın sabiq futbolçusu üçün danışıqlara başladı

"Qalatasaray" yayda heyətini polşalı futbolçu ilə gücləndirə bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə çempionu "Renn"in formasını geyinən Sebastian Şimanski ilə yaxından maraqlanır. 

26 yaşlı futbolçunun “Renn”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Artıq “Qalatasaray” rəsmiləri onu icarəyə götürmək üçün danışıqlara start verib.

Şimanski “Legiya”, “Dinamo”(Moskva), “Feyenoord”, “Fənərbaxça” klublarında çıxış edib. O, qışda “Renn”ə keçmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right