“Yuventus”da ümidləri doğrultmadı “Fənərbaxça”ya keçə bilər

“Yuventus”un hücumçusu Conatan Devid ilk mövsümündə komandada möhkəmlənə bilməyib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, kanadalı forvardın Turin təmsilçisinə transferindən cəmi bir il sonra klubdan ayrılması kifayət qədər real variant hesab olunur.

26 yaşlı futbolçu ilə “Fənərbaxça” və İngiltərə Premyer Liqasından adı açıqlanmayan bir klub maraqlanır.

Devid “Yuventus”a azad agent kimi qoşulub. O, daha əvvəl “Lill”in formasını geyinib. Onun Turin klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right