"Beşiktaş"ın hücumçusu "Spartak" istəyir

"Beşiktaş"ın hücumçusu Hyeon-gyu Oh karyerasını Rusiyada davam etdirə bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı cənubi koreyalı forvard "Spartak"ın(Moskva)maraq dairəsinə düşüb.

Tərəflər arasında mümkün transfer müzakirə olunur.

"Beşiktaş”la müqavilə müddəti 2029-cu ilin 30 iyun tarixinədək qüvvədə olan Oh, Cənubi Koreya millisinin də üzvüdür.

Hücumçu karyerası ərzində "Suvon", "Sanqmu", "Seltik" və "Genk" kimi klublarda çıxış edib.

Transferin baş tutub-tutmayacağı yaxın günlərdə dəqiqləşə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right