“Arsenal” yay transfer pəncərəsində hücum xəttinin cinahını gücləndirməyi planlaşdırır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular”ın əsas hədəfi Xviça Kvaratsxeliya və Entoni Qordondur.
Bildirilir ki, hər iki transfer olduqca çətin hesab olunur. PSJ gürcü oyunçusunu satmaq niyyətində deyil, “Nyukasl”ın futbolçusu Qordonla isə “Bayern” də ciddi şəkildə maraqlanır.
Transfer qiymətlərinə gəlincə, Kvartsxeliyanın dəyəri təxminən 90 milyon avro, Qordonun isə 60 milyon avro olaraq göstərilir. Hər iki futbolçunun 25 yaşı var.
“Arsenal” bu gün Premyer Liqa çərçivəsində “Nyukasl”ı qəbul edəcək.