"Atletik"də Valverdeni kim əvəz edəcək?

"Athletik" Bilbao klubunun baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri bəlli olub.

Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, bask klubunun rəhbərliyi Edin Terziçi komandanın başına gətirmək istəyir.

Terziçin son iş yeri Almaniyanın "Borussiya" Dortmund klubu olub. O, 2018–2024-cü illər arasında burada köməkçi məşqçi, baş məşqçi və texniki direktor vəzifələrində çalışıb. Daha əvvəl isə "Vest Hem", "Beşiktaş" klublarında da fəaliyyət göstərib.

Hazırda “Atletik”i Ernesto Valverde çalışdırır. O, 2022-ci ildən komandaya rəhbərlik edir və mövsümün sonunda klubdan ayrılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right