Slotla bağlı qərar verilib

“Liverpul” baş məşqçisi Arne Slotla bağlı qərarını verib və niderlandlı mütəxəssisin növbəti mövsümdə də komandada qalacağı bildirilir.

Newsport.az “Tribal Football”a istinadən xəbər verir ki, klub rəhbərliyi cari mövsümdə heç bir titul qazanılmasa belə, komandanın UEFA Çempionlar Liqasına vəsiqə əldə etməsini qənaətbəxş nəticə hesab edəcək.

“Qırmızılar” Premyer Liqada 33 turdan sonra 55 xal toplayaraq, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda növbəti oyununu aprelin 25-də, evdə “Kristal Pelas”a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right