"Qvardiola İtaliya millisinə baş məşqçisi təyin edilsin!" Bonucci

İtaliya millisinin və “Yuventus”un sabiq kapitanı Leonardo Bonucci ölkə futbolunda köklü dəyişikliklərin vacibliyini vurğulayıb.

Newsport.az "Footmercato"ya istinadən xəbər verir ki, eks müdafiəçi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya yığmasının tam yenidən qurulmalı olduğunu bildirib.

“Əsas məsələ İtaliya futbolunu tam şəkildə yenidən qurmaqdır, bunu müdafiədən başlamaq lazımdır. Reallıqla üzləşmək üçün cəsarət tapmalıyıq ki, yenidən dünyanın hörmətini qazanaq və vaxtilə dünya çempionu olan böyük komandaya çevrilək. Çox istedadlı gənc futbolçularımız var. Onlara inkişaf etmək üçün zaman verilməlidir. Zaman yeganə real möcüzə vasitəsidir”.

O, həmçinin yığma üçün ideal baş məşqçi namizədini də açıqlayıb. Bonuççi bu vəzifəyə hazırda "Mançester Siti"ni çalışdıran Pep Qvardiolanı layiq gördüyünü deyib: “Əgər köklü dəyişikliklər istəyiriksə, Pep bu iş üçün uyğun insandır. Bu çətindir, amma xəyal qurmaq pulsuzdur”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right