Sabiq futbolçu Mbappeni tənqid etdi, PSJ-ni təriflədi

Fransa millisinin sabiq futbolçusu Emmanuel Peti, “Real”ın hücumçusu Kilian Mbappe barədə sərt fikirlər səsləndirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı hücumçunun komandaya gəlişi ilə “kral klubu”nun paltardəyişmə otağında balansın dəyişdiyini bildirib:

“Bu, təkcə Mbappenin günahı deyil. Amma onun gəlişi ilə komandada eqoizm (özündənrazılıq) artıb”.

O, həmçinin, Mbappenin keçmiş komandası PSJ-nin hazırkı çıxışını da tərifləyib:

“PSJ indi daha yaxşı komanda kimi oynayır və daha birləşmiş görünür”.

Mbappe cari mövsümdə 39 oyunda iştirak edib, 40 qol vurub. Onun məhsuldarlığına baxmayaraq, komandası UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırıb, La Liqada isə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right