Tanınmış mütəxəssis Fabio Kapello, “Napoli”nin baş məşqçisi Antonio Kontenin İtaliya yığmasına mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, Kontenin İtaliya millisinə qayıdacağı halda onu nə gözlədiyini yaxşı biləcəyini söyləyib:
“Konte yenidən İtaliya yığmasına qayıtsa, artıq onu nə gözlədiyini bilir. Baxmayaraq ki, vəziyyət 10 il əvvələ nisbətən dəyişib”.
Konte 2014-2016-cı illərdə İtaliya millisini çalışdırıb və komanda onun rəhbərliyi altında AÇ-2016-ya vəsiqə qazanıb. İtaliyalılar həmin turnirdə 1/4 finala qədər irəliləyib və Almaniya yığmasına penaltilər seriyasında məğlub olub.
Konte hazırda “Napoli”ni çalışdırır və ötən mövsüm komandanı İtaliya A Seriyasının çempionluğuna daşıyıb.