"Real”da uğursuzluq heç vaxt seçim deyil" Mbappe

“Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasından çıxmaları barədə fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, Madrid klubu 1/4 finalda iki oyunun nəticəsinə görə “Bavariya”ya məğlub olub (1:2, 3:4). Mbappe bunları qeyd edib:

“Sonadək mübarizə apardıq, amma bu kifayət etmədi. Belə vacib turnirdən çıxmaq üzücüdür, amma biz gələcəyə baxmalıyıq. Oxşar məyusluqları təkrarlamamaq üçün özümüz üzərində ciddi düşünməliyik. Biz heç vaxt təslim olmuruq!

“Real"da uğursuzluq heç vaxt seçim deyil. Amma sizə bir şeyi söz verirəm, biz yenidən qalib gəlməyə başlayacağıq və bu çox tezliklə başverəcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right