"Barselona" baş məşqçi Hans-Diter Flikin müqaviləsinin müddətini uzatmağa yaxındır.
Newsport.az xəbər verir ki, La Liqa nəhəngi almaniyalı mütəxəssislə şifahi razılıq əldə edib. Bu barədə "Catalunya Radio" məlumat yayıb.
Flikin klubla sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Tərəflər anlaşmanı daha 1 il müddətinə uzadacaqlar.
Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin yayında "Barselona"nın baş məşqçisi vəzifəsinə təyin olunub. Kataloniya təmsilçisi 61 yaşlı çalışdırıcının rəhbərliyi altında iki dəfə İspaniya Super Kubokunu, eləcə də bir dəfə İspaniya Kubokunu və La Liqanı qazanıb.