Slot ÇL-lə vidalaşmaqlarından danışdı

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/4 finalının cavab oyunları çərçivəsində PSJ-yə uduzmaqları (0:2, ilk matç - 0:2) və mübarizəni dayandırmaqları haqda danışıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis deyib: 

"Ötən həftə bizim üçün çox çətin və gərgin keçdi. Amma biz performansımızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyimizi göstərdik. Bugünkü oyunlarına görə futbolçularımı tərifləmək istəyirəm. Onlar məğlub olduğumuz zaman belə mübarizə aparmağa davam etdilər. Çoxlu qol şansları yaratdıq. İki qol vurmalı idik, amma iki qol buraxdıq. İndi növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right