"Yuventus" kapitanı ilə bağlı qərar verdi

"Yuventus"da Manuel Lokatelli ilə bağlı qərar verib.

Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, "qoca sinyora" komandanın kapitanını buraxmaq niyyətində deyil.

Belə ki, Turin klubu 28 yaşlı yarımmüdafiəçinin müqavilə müddətini artırmaq niyyətindədir.

Lokatellinin müqavilə müddəti 2028-ci il iyunun 30-a qədərdir. Yeni müqaviləyə əsasən, italiyalı futbolçu 2030-cu il iyunun 30-na qədər "Yuventus"da qalacaq.

O, karyerası ərzində "Milan" və "Sassuolo" klublarında da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right