Almaniya millisinin sabiq yarımmüdafiəçisi Ditmar Hamann

“Barselona” Portuqaliya millisinin və “Milan”ın hücumçusu Rafael Leaonun transferindən imtina edib.

Newsport.az “Diario Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu kataloniyalılara endirimli qiymətə təklif olunsa da, klub artıq onun xidmətində maraqlı deyil.

Rəhbərlik hesab edir ki, komandanın cinahlarında kifayət qədər oyunçu var və Leaoya ehtiyac yoxdur.

26 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 25 oyuna çıxaraq, 10 qol vurub və 2 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right