“İnter”dən baş məşqçi ilə bağlı qərar

“İnter” rəhbərliyi komandanın baş məşqçisi Kristian Kivu ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Newsport.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Milan təmsilçisi rumıniyalı mütəxəssisin müqaviləsinin müddətini 2028-ci ilin yayına qədər uzatmağı planlaşdırır. Klub həmçinin, oyun sistemində dəyişiklik edərək 4-3-2-1 sxeminə keçməyi də nəzərdən keçirir.

Kivu 2025-ci ilin iyununda “İnter”in baş məşqçisi təyin olunub və hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. O, 2018–2024-cü illərdə klubun akademiyasında müxtəlif yaş qruplarını çalışdırıb, 2025-ci ildə isə “Parma”ya rəhbərlik edib.

Kivu 2007-2014-cü illərdə “İnter”də oyunçu kimi forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right