“Arsenal”ın hücumçusu Qabriel Martinelli klubdakı gələcəyi ilə bağlı qərarını verib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu London təmsilçisində qalmaq və heyətdə öz yerini qorumaq istəyir.
Son vaxtlar “topçular”ın Martinellini yay transfer dövründə sata biləcəyi ilə bağlı şayiələr yayılsa da, o, bu iddialara baxmayaraq, komandada qalmağa üstünlük verir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa qədərdir.
Futbolçu, baş məşqçi Mikel Artetanın planlarında vacib fiqur olmaq üçün özünü sübut etməyə çalışır. O, “Arsenal”a 2019-cu ildə, Braziliyanın “İtuano” klubundan 7 milyon avroya transfer olunub.
25 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 44 oyuna çıxaraq, 11 qol vurub və 6 məhsuldar ötürmə verib.