Portuqaliyalı müdafiəçi 15 ay sonra klub tapdı

2025-ci ilin yanvarında "Napoli"dən ayrılan Mario Ruy özünə yeni komanda tapıb.

Newsport.az xəbər verir ki, portuqaliyalı müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Ruy "Forte Virtus"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı sol cinah müdafiəçisi II Liqa təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Mario Ruy karyerası ərzində "Benfika", "Parma", "Qubbio", "Spetsia", "Empoli" və "Roma"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right