Sergen Yalçın: "Bu, əməyimizi oğurlamaqdır"

"Beşiktaş" Türkiyə Super Liqasının XXVIII turunda səfərdə "Fənərbaxça"ya 0:1 hesabı ilə məğlub olub.

Newsport.az xəbər verir ki, İstanbul derbisinin taleyini qon dəqiqələrdə qonaqların qapısına təyin olunan penalti həll edib. Kerem Aktürkoğlu 11 metrlik zərbəni dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın matçdan sonra həmin epizod barədə danışıb. 53 yaşlı mütəxəssis epizodun penalti olmadığını deyib:

"Penalti epizoduna baxdıq. Hakim 50 metr uzaqda idi. Görmə ehtimalı yoxdur. Epizod cərimə meydançasından kənardadır, penalti olma ehtimalı yoxdur. Baş hakimin VAR-a getməməsi maraqlıdır. Heç cür başa düşə bilmirəm. Bu, ölkə futbolunun hansı vəziyyətdə olduğunu göstərir. Nələrsə etməyə, problemləri aradan qaldırmağa çalışırıq. Bu işlərin öhdəsindən necə gələcəyik? "Beşiktaş" olaraq çox məyusuq. Penaltinin harada olduğuna baxsınlar. Bu, əməyimizi oğurlamaqdır. Belə qələbə qazanmağın heç kimə faydası olmaz".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right