“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqada hələ heç nəyin bitmədiyini düşünür.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dünən keçirdikləri oyundan sonra bunu söyləyib:
“Paltardəyişmə otağında uşaqlar çox xoşbəxt idilər. Amma hamı qarşıda nə olduğunu bilmir. Hələ heç nə məlum deyil. Biz xoşbəxtik, amma La Liqa çempionluğu qələbəsini qeyd etmək üçün hələ tezdir”.
“Barselona” şənbə günü səfərdə “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib və La Liqanın turnir cədvəlində ikinci yerdə qərarlaşan “Real” üzərindəki üstünlüyünü 7 xal artırıb.