“Liverpul”da oynamaqdan zövq alıram”

“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai gələcəyi ilə bağlı açıqlama verib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu İngiltərə klubunda çıxış etməkdən məmnunluğunu və hər şeydən razı olduğunu bildirib:

“Mənə burada çox xoşdur. Ailəm xoşbəxtdir, klubu və azarkeşləri sevirəm. Bu komandada oynamaqdan zövq alıram”.

Macarıstanlı futbolçu cari mövsümdə bütün turnirlərdə 43 oyuna çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Soboslai ilə daha əvvəl “Real”ın maraqlandığı bildirilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right