“Bayern”in qapıçısı Manuel Noyerin gələcəyi hələ də sual altındadır.
40 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Onun karyerasını davam etdirib-etdirməyəcəyi hələlik dəqiqləşməyib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern”in idman direktoru Maks Eberl, almaniyalı qolkiperin özünü yaxşı hiss edəcəyi halda müqavilənin müddətinin uzadılmasının mümkün olduğunu bildirib:
“Tərəflərin gözləntiləri üst-üstə düşərsə və Noyer özünü rahat hiss edərsə, müqavilənin müddətinin uzadılması tamamilə mümkündür”.
Tərəflər arasında danışıqların apreldə keçirilməsi planlaşdırılır.