“Mançester Yunayted” uruqvaylı futbolçu üçün təklif gözləyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte yay transfer dövründə komandanı tərk edə bilər.

“Qırmızı şeytanlar” daha əvvəl uruqvaylı futbolçunu icarə əsasında “Nyukasl” və “Aston Villa”ya buraxmaqdan imtina etmişdi. Ancaq son vaxtlar vəziyyət dəyişib və artıq klub rəhbərliyi yarımmüdafiəçinin gedişinə hazırdır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” qarşıdakı yay fasiləsində 24 yaşlı oyunçu ilə bağlı daxil olacaq təklifləri nəzərdən keçirəcək.

Uqarte cari mövsümdə az oyun praktikası qazanıb. Belə ki, o, bütün turnirlərdə cəmi 900 dəqiqədən bir qədər çox meydanda olub.

Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right