ÇL-in qalibi olmuş qapıçı karyerasını başa vurur

Belçikalı qapıçı Simon Minyole mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracaq.

Newsport.az xəbər verir ki, bu barədə qolkiperin hazırda çıxış etdiyi Belçika təmsilçisi “Brügge”nin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli “əlcək sahibi” 2025/2026 mövsümünün sonunda futbolla vidalaşacaq.

Hazırda 38 yaşı olan qapıçı 2019-cu ilin avqustundan etibarən “Brügge”nin formasını geyinir. O, bu müddətdə komanda ilə dörd dəfə Belçika çempionu olub, həmçinin bir ölkə kuboku və üç superkubok qazanıb.

Minyole karyerası ərzində Belçikada “Sent-Trüden”, İngiltərə təmsilçiləri “Sanderlend” və “Liverpul” kimi klublarda da çıxış edib. O, “Liverpul” ilə 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right