“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqar komandanın baş məşqçisi Mikel Arteta haqqında müsbət fikirlər səsləndirib.
Newsport.az “Soccer Bible”-ə istinadən xəbər verir ki, norveçli futbolçu, Artetanın onun “topçular”a transferində əsas rol oynadığını bildirib:
“Arteta mənim “Arsenal”a keçməyimin əsas səbəbkarlarından biri idi. Onun işi inanılmazdır və ondan çox şey öyrənmişəm. Artetanın standartları son dərəcə yüksəkdir”.
Odeqar 2021-ci ildə “Real”dan “Arsenal”a 35 milyon avroya transfer olunub. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin 30 iyununa qədərdir.
27 yaşlı yarımmüdafiəçi cari mövsümdə 27 oyuna çıxıb, 1 qol vurub və 7 məhsuldar ötürmə verib.