“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yay transfer dövründə komandanı tərk edə bilər.
Fransalı futbolçu “kral klubu”nda əsas heyət üzvünə çevrilə bilmədiyi üçün onun mümkün gedişi ilə bağlı müzakirələr gündəmdədir.
Newsport.az “Diario AS”-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının aparıcı klubları və PSJ 23 yaşlı oyunçuya ciddi şəkildə maraq göstərir.
“Real” rəhbərliyi bu məsələdə yekun qərar verməyib, Kamavinqa özü də karyerasını harada davam etdirəcəyi ilə bağlı seçim etməyib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.
O, cari mövsümdə 34 oyunda meydana çıxaraq, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.