Laporta Gündoğanın transferini yada saldı

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi İlkay Gündoğanın transferini yada salıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri, almaniyalı futbolçunun transferinin sabiq baş məşqçi Xavinin istəyi ilə reallaşdığını söyləyib:

“Xavi Gündoğanı komandada istəyirdi, ona görə də, klub onu transfer etdi. Maliyyə vəziyyətinə baxmayaraq, məşqçilər heyətinin istədiyi oyunçuları transfer edə bildik”.

35 yaşlı futbolçu 2023-cü ildən 2024-cü ilə qədər “Barselona”da oynayıb. Yarımmüdafiəçi hazırda “Qalatasaray”da forma geyinir. Onun Türkiyə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right