"Mən dünyanın ən çox qazanan məşqçilərindən biriyəm"

PSJ klubunun baş məşqçisi Luis Enrike maaşı ilə bağlı suala cavab verib.

Newsport.az xəbər verir ki, bu gün "L’Equipe" qəzeti ispan mütəxəssisin aylıq 1 milyon avro qazandığını və bunun Liqa 1-də məşqçilər arasında ən yüksək maaş olduğunu yazıb.

“Necə düşünürsünüz, oyunçular mənim maaşımla maraqlanır? Bu barədə danışmaq yersizdir.

Əlbəttə, mən dünyanın ən çox qazanan məşqçilərindən biriyəm. Bu, mənim üçün əladır." – deyə Enrike bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right