"Bavariya"nın kapitanı Manuel Noyer komanda ilə məşqlərə başlayıb

Almaniyanın "Bavariya" klubunun qapıçısı və kapitanı Manuel Noyer komanda ilə məşqlərə başlayıb.

Newsport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, təcrübəli qolkiperlə yanaşı, müdafiəçi Rafael Gerreyru da kollektivə qoşulub.

40 yaşlı qapıçı martın 6-da Bundesliqanın XXV turunda Münhenqladbax "Borussiya"sına qarşı keçirilən oyunda (4:1) zədələnərək fasilədə əvəzlənmişdi.

Qeyd edək ki, M.Noyer cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 matçda iştirak edib. O, bu qarşılaşmaların 10-da qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right