Qana millisinin baş məşqçisi Otto Addo vəzifəsindən uzaqlaşdırılıb

Qana millisinin baş məşqçisi Otto Addo istefaya göndərilib.

Newsport.az-ın Qana Futbol Assosiasiyasına istinadən məlumatına görə, 50 yaşlı mütəxəssislə ayrılıq qərarına səbəb yığmanın mart ayındakı uğursuz çıxışı olub.

Belə ki, qanalılar yoldaşlıq görüşlərində Avstriyaya 1:5, Almaniyaya isə 1:2 hesabı ilə məğlub olublar. Ümumilikdə isə komanda ardıcıl dörd oyundur məğlubiyyətlə üzləşir.

Qeyd edək ki, 2024-cü ilin martından komandaya rəhbərlik edən Addo gələn il keçiriləcək dünya çempionatına 10 həftə qalmış işini itirib. Qana millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right