“Keyn mütləq 2027-ci ilin yayına qədər “Bayern”də qalacaq”

“Bayern”in İdarə Heyətinin üzvü Uli Höness, hücumçu Harri Keynin gələcəyi ilə bağlı açıqlama verib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi ingiltərəli forvard haqda bunu deyib:

“Keyn sərbəstqalma maddəsindən istifadə etməyib, yəni, o, mütləq 2027-ci ilin yayına qədər burada qalacaq. Anladığım qədəriylə, o və ailəsi burada özlərini çox rahat hiss edirlər. Səudiyyə Ərəbistanının hansısa klubunun nə vaxt peyda olub böyük pul təklif edəcəyini heç vaxt bilmirsən… Amma Keyn burada özünü evdəki kimi hiss edir”.

32 yaşlı hücumçu bu mövsüm bütün yarışlarda 40 oyun keçirib, 48 qol vurub və 5 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right