Məşhur məşqçi huşunu itirdi, xəstəxanaya yerləşdirildi

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib.

Newsport.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb:

“Hazırda məşqçinin vəziyyəti sabitdir. Amma mövcud tibbi protokollara uyğun olaraq və hansısa riskləri istisna etmək üçün Mirça Luçesku hərtərəfli müayinə və ixtisaslaşdırılmış nəzarət üçün paytaxtdakı xəstəxanaya çatdırılıb”.

Portuqaliyanın “A Bola” qəzeti yazıb ki, 80 yaşlı Luçesku martın 31-də Slovakiya komandasına qarşı keçiriləcək yoxlama oyunu ərəfəsində son məşqdən əvvəlki texniki müşavirə zamanı huşunu itirib. Nəşrin məlumatına görə, o, ürəktutması keçirmiş ola bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right