“İnter”in müdafiəçisi “Fənərbaxça”ya keçə bilər

Müdafiəçi Stefan de Vreyin bu yay “İnter”dən ayrılma ehtimalı yüksəkdir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” niderlandlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Futbolçunun agentləri həmçinin, “Əl-Hilal”, “Nyukasl” və “Nottingem Forest”ə də onun xidmətini təklif ediblər.

De Vrey hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib, lakin “Fənərbaxça”nın maliyyə imkanları transferdə əsas rol oynaya bilər.

Stefan de Vrey “İnter”ə 2018-ci ildə “Latsio”dan azad agent kimi qoşulub. Onun klubla müqaviləsinin müddəti bu ilin 30 iyununa qədərdir. Müdafiəçi bu mövsüm Milan klubunda bütün yarışlarda 14 oyunda meydana çıxıb və qol vurmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right