Maquayr: “Amorimin çox yaxşı ideyaları var idi, amma…”

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komandanın sabiq baş məşqçi Ruben Amorim haqqında fikirlərini bölüşüb.

O, klubda baş verən məşqçi dəyişikliklərini şərh edərək bildirib ki, yeni baş məşqçi Maykl Karrik komandanın oyununa müsbət təsir göstərib və nəticələrdə irəliləyiş olub.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Maquayr, Amorimin ideyalarının güclü olduğunu, ancaq “Mançester Yunayted”də bu planların gözlənilən nəticəni vermədiyini bildirib:

“Onun çox yaxşı ideyaları var idi, amma sadəcə burada işləmədi. Mən inanıram ki, o, gələcəkdə böyük uğurlar qazanacaq və növbəti klubunda çoxlu qələbələr əldə edəcək”.

İngiltərəli müdafiəçi, həmçinin, vurğulayıb ki, uğursuz nəticələrdə futbolçular da məsuliyyət daşıyır və komanda bütöv şəkildə inkişaf etməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right