"Qalatasaray"ın Hakan Çalhanoğlu planı

"Qalatasaray" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "İnter"də çıxış edən Hakan Çalhanoğludur. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" Türkiyə millisinin üzvünü mövsümün sonunda heyətinə qatmağa çalışacaq. "Qalatasaray" yayda 1 illik müqaviləsi qalacaq 32 yaşlı futbolçu üçün İtaliya klubuna 10 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right