İngiltərə Premyer Liqasında XXXI turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, səfərdə "Everton"un qonağı olan "Çelsi" 0:3 hesabı ilə məğlub olub. "Zadəganlar" 3 ardıcıl oyundur ki, qol vura bilmirlər. Belə bir statstika sonuncu dəfə 2023-cü ildə olmuşdu.
Qeyd edək ki, "Çelsi" 48 xalla 6-cı, "Everton" isə 46 xalla 8-ci pillədə yer alıb.