İngiltərənin iki klubunun skautları Alvaresi canlı izləyib

“Atletiko”nun hücumçusu Xulian Alvares İngiltərəyə qayıda bilər.

Newsport.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Arsenal” və “Çelsi”nin skautları “Atletiko”nun “Tottenhem”lə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında argentinalı futbolçunun oyununu canlı izləyiblər.

Qarşılaşma 3:2 “Tottenhem”in qələbəsi ilə başa çatsa da, iki matçın cəminə görə (7:5) “Atletiko” növbəti mərhələyə yüksəlib.

Alvares artıq klub rəhbərliyinə getmək istədiyini bildirib, ancaq o, üstünlüyü daha çox “Barselona”ya verir. 26 yaşlı futbolçu əvvəllər “Mançester Siti”də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right