Üç klub Tonali uğrunda yarışa hazırlaşır

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali İngiltərə Premyer Liqasında başqa kluba keçə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal” maraqlıdır.

Hər üç klub qarşıdakı transfer pəncərəsində italiyalı futbolçu uğrunda mübarizə aparmağa hazırlaşır.

“Nyukasl” rəhbərliyi isə Tonali üçün təxminən 100 milyon avro tələb edir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə 47 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right