Zədəli kapitanla yeni müqavilə

Emre Can Dortmund "Borussiya"sı ilə yeni müqavilə imzalayıb.

Newsport.az xəbər verir ki, 32 yaşlı futbolçunun yeni anlaşması 30 iyun 2027-ci ilə qədər qüvvədə olacaq.

Komandanın kapitanı fevralın 28-də "Bavariya" ilə oyunda (2:3) dizinin çarpaz bağlarını qoparıb.

Emre Can 2020-ci ildən Dortmund klubunda çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 16 oyuna çıxıb və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right