“Liverpul”un hücumçusu Məhəmməd Salah zədələnib. Misirli futbolçu komandasının UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la keçirilən cavab oyununda (4:0) sıradan çıxıb.
Newsport.az Mersisayd klubunun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun bərpa müddəti təxminən iki həftə çəkəcək.
Salah “Qalatasaray”la son qarşılaşmada 74-cü dəqiqədə əvəzlənib. O, həmin oyunda bir qol vurub və bir məhsuldar ötürmə verib.
Salah cari mövsümdə “Liverpul” forması ilə 34 matça çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.