Poqba geri döndü

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba zədəsini sağaldaraq komandanın ümumi məşqlərinə qoşulub.

Newsport.az xəbər verir ki, bu barədə “Tribal Football” nəşri məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi ötən ilin dekabrının əvvəlindən etibarən oyunlarda iştirak etmirdi. Hansısa problem yaranmazsa, onun yaxın matçlarda meydanda görünəcəyi gözlənilir.

Poqba cari mövsümdə Fransa çempionatında cəmi 3 oyuna çıxıb. Fransalı yarımmüdafiəçi “Monako”ya 2025-ci ilin yayında qoşulub. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right