Anri: “Belə oynayan “Barselona” hər şeyə qadirdir”

“Barselona”nın sabiq hücumçusu Tyerri Anri keçmiş komandasının UEFA Çempionlar Liqasındakı çıxışını yüksək qiymətləndirib.

Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, fransalı sabiq futbolçu, kataloniyalıların 1/8 final mərhələsinin cavab oyununda “Nyukasl” üzərində qazandığı 7:2 hesablı qələbəyə münasibət bildirib:

“Barselona”, sizi təbrik edirəm. Avropa artıq təhlükəni hiss edir. Bu, sadəcə qələbə deyil, əsl zəlzələ idi. Bu oyun tarixə düşəcək. Belə oynayan “Barselona” hər şeyə qadirdir. Möhtəşəm komandadır”.

“Barselona” bu nəticə ilə UEFA Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Komanda bu mərhələdə “Atletiko” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right