“Real”ın sabiq baş məşqçisi Fabio Kapello “Çelsi”nin çalışdırıcısı Liam Rosenyoru tənqid edib.
Rosenyor UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə keçirilən cavab matçında (0:3) komandanın meydanda olan vingeri Alexandro Qarnaçoya bir qeyd göndərib. PSJ ilk oyunda da qalib gəlmişdi – 5:2.
Newsport.az “Daily Mail”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin fikrincə, bu cür hərəkətlər oyunçuları yalnız əyləndirə bilər:
“O, dəli olub. Bu cür hərəkətlər oyunçuları yalnız əyləndirə bilər. Həmin an Qarnaçonun üzünü görməli idiz. Oyunçu ondan nə gözlənildiyini başa düşmədi”.
PSJ Çempionlar Liqasının 1/4 final mərhələsində “Liverpul”la qarşılaşacaq.