Azərbaycanlı cüdoçu “Böyük Dəbilqə”də finala yüksəlib

Azərbaycanlı cüdoçu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib.

Newsport.az xəbər verir ki, o, yarımfinalda gürcüstanı təmsil edən Tornike Qiqaurini üstələyib. Bayramov rəqibinə ipponla qalib gəlib.

Digər təmsilçilərimizdən Rəşad Yelkiyev (66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) yarışı mükafatsız başa vurublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right