"Fənərbaxça"nın müdafiəçisi Levent Mercan sıradan çıxıb.
Newsport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu Super Liqanın 27-ci turunun "Qaziantep"lə oyununda zədələnib. Türkiyəli sol cinah müdafiəçisinin sol ayağının arxa əzələsində yırtıq aşkarlanıb.
Qeyd edək ki, Levent Mercan bu mövsüm "Fənərbaxşça"nın heyətində keçirdiyi 23 oyunda 5 qol ötürməsi edib.