"Real" gənc yarımmüdafiəçi Palasiosu göndərmək istəyir

İspaniyanın "Real" klubu futbolçusu Sesar Palasiosla yollarını ayırmaq qərarına gəlib.

Newsport.az "Fichajes"ə istinadən xəbər verir ki, Madrid təmsilçisi yay transfer dönəmində 21 yaşlı yarımmüdafiəçi ilə vidalaşmaq qərarına gəlib.

Buna səbəb gənc oyunçunun daha çox oyun vaxtı qazana bilməsidir. "Kral klubu" onun geri satınalma seçimini saxlamaq niyyətindədir.

S.Palasios cari mövsüm əsas komandada cəmi 4 oyun keçirilib. Onunla İspaniya və İtaliya klubları maraqlanır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right