"Barselona" baş məşqçi Hans Flikin müqaviləsinin müddətini uzadacaq.
Newsport.az xəbər verir ki, bu barədə klub prezidenti Xoan Laporta məlumat verib.
Artıq almaniyalı mütəxəssislə razılıq əldə olunub. 61 yaşlı çalışdırıcı ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Hans Flik 2024-cü ilin yayında "Barselona"nın baş məşqçisi vəzifəsinə təyin olunub. Kataloniya təmsilçisi ötən mövsüm onun rəhbərliyi altında İspaniya çempionu olub, Çempionlar Liqasında isə yarımfinala yüksəlib.