İspaniya millisi Finalissima əvəzinə Serbiya ilə yoldaşlıq matçı keçirəcək

Futbol üzrə İspaniya millisi ləğv edilmiş Finalissimanın əvəzinə Serbiya ilə yoldaşlıq oyunu keçirəcək.

Newsport.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.

Qarşılaşma martın 27-də Vilyarrealdakı "Estadio de la Keramika" stadionunda baş tutacaq.

Xatırladaq ki, Avropa çempionu (İspaniya) ilə Amerika Kubokunun qalibinin (Argentina millisi) qarşılaşacağı Finalissima Qətərdə baş tutmalı idi. Lakin matç Yaxın Şərqdəki münaqişə səbəbindən ləğv edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right